Bank Of Baku

ADP Azərbaycan və Türkiyə rəhbərlərinin birgə sammitinin keçirilməsini təklif edib

ADP Azərbaycan və Türkiyə rəhbərlərinin birgə sammitinin keçirilməsini təklif edib
# 19 oktyabr 2009 14:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyası (ADP) Türkiyə ilə yaranan gərginliyin aradan qaldırılması üçün dövlət rəhbərlərinin birgə sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, ADP İdarə Heyətinin iclasında qurum üzvləri Türkiyə ilə Azərbaycan arasında yaranmış gərginlikdən narahat olduqlarını bildiriblər. Onların fikrincə, böyük güclərin ssenarisi ilə reallaşan Türkiyə-Ermənistan razılaşmasının yarada biləcəyi fəsadlardan yayınmağın yolu düşünülməmiş süni gərginliklər yaratmaq deyil. Partiya hesab edir ki, əksinə, Türkiyə ilə daha dərin münasibətlər qurmağa və hərbi, iqtisadi, siyasi, təhlükəsizlik sahələrində ciddi qərarlara ehtiyac var.

Toplantıda dekabrın 23-də keçiriləcək bələdiyyələrə seçkiləri və partiya üzvlərinin seçki komissiyalarına müraciətləri ilə əlaqədar da müzakirə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR