Bank Of Baku

“Daxili Qoşunların statusu haqqında” qanuna əlavə və dəyişikliklər edilib

“Daxili Qoşunların statusu haqqında” qanuna əlavə və dəyişikliklər edilib
# 20 oktyabr 2009 12:49 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisin (MM) payız sessiyasının bu gün keçirilən iclasında “Daxili Qoşunların statusu haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi müzakirə olunub. APA-nın xəbərinə görə, layihə barədə millət vəkillərinə MM-in Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib. Z. Əsgərov deyib ki, sənədə təklif olunan əlavə və dəyişikliklərdə Daxili Qoşunların Hərbi Şurasının yaradılması nəzərdə tutulur. Hərbi Şurada Daxili Qoşunların komandanının şura sədri olması, onun müavinləri və qurumun digər vəzifəli şəxslərinin şurada təmsil olunması təklif edilir. Deputatlar layihənin qəbul olunmasına səs veriblər.

MM-in günün birinci yarısında keçirilən iclasında, həmçinin “Patent haqqında”, “Dövlət rüsumu haqqında”, “Məhkəmə qərarlarının icrası haqqında”, eləcə də əhalinin sağlamlığının qorunması ilə bağlı bir sıra qanunlara əlavə və dəyişikliklər qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR