Bank Of Baku

Azərbaycan Milli Məclisi “Prokurorluq haqqında” qanuna əlavə və dəyişiklikləri qəbul edib - YENİLƏNİB

Azərbaycan Milli Məclisi “Prokurorluq haqqında” qanuna əlavə və dəyişiklikləri qəbul edib - <font color=red>YENİLƏNİB</font>
# 20 oktyabr 2009 14:28 (UTC +04:00)
APA-nın xəbərinə görə, sənəd barədə MM-in Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynov məlumat verib. Komitə sədri deyib ki, qanuna əlavə və dəyişiklik layihəsi prezidentin qanunvericilik təşəbbüsü əsasında MM-ə daxil olub. Ə. Hüseynov eyni zamanda komitədə də qanuna əlavə və dəyişiklik olunması barədə məsələ qaldırıldığını xatırladıb.

Qanunun 16-cı maddəsinə təklif olunan dəyişiklik barədə danışan Ə. Hüseynov deyib ki, layihəyə əsasən Azərbaycanın baş prokuroru, Azərbaycanın hərbi prokuroru, Naxçıvan Muxtar Respublikasının (MR) prokuroru, Naxçıvan MR Hərbi Prokurorunun, ərazi və ixtisaslaşdırılmış prokurorların səlahiyyət müddəti beş ildir. Ərazi və ixtisaslaşdırılmış prokurorlar bir qayda olaraq, həmin vəzifəyə 2 dəfədən artıq təkrar təyin edilə bilməzlər.
Layihədə qeyd olunan “bir qayda olaraq” sözünə münasibət bildirən Ə. Hüseynov deyib ki, sənədə əsasən zərurət yaransa, onlar da növbəti dəfə təyin oluna bilərlər.

Layihədə prokurorluq işçilərinin pensiya təminatı ilə bağlı əlavə və dəyişikliklər də nəzərdə tutulur. Layihə müzakirə olunandan sonra qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR