Bank Of Baku

“Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə” qanun layihəsi birinci oxunuşda qəbul edilib

“Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə” qanun layihəsi birinci oxunuşda qəbul edilib
# 20 oktyabr 2009 16:39 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Milli Məclis “Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə” qanun layihəsini birinci oxunuşda qəbul edib. APA-nın xəbərinə görə, sənəd haqqında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov məlumat verib. Komitə sədri deyib ki, bu qanun layihəsinin mahiyyəti məhkəmələrin fəaliyyəti haqda ictimaiyyətin məlumatlandırılmasından ibarətdir. O bildirib ki, qanunun qəbulunu hüquq-mühafizə orqanları sahəsində islahat kimi qiymətləndirmək lazımdır. Ə. Hüseynov sənədin 5 fəsil, 25 maddədən ibarət olduğunu söyləyib. Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.

İclasda həmçinin İnzibati Xətalar Məcəlləsinə, “Fitosanitar nəzarəti haqqında”, “Atçılıq haqqında” qanunlara əlavə və dəyişiklər də qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR