Bank Of Baku

Azərbaycan Milli Məclisinin iki deputatı Yunanıstana səfər edib

Azərbaycan Milli Məclisinin iki deputatı Yunanıstana səfər edib
# 21 oktyabr 2009 00:29 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin deputatı, parlamentin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev və deputat Jalə Əliyeva təşkilatın İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri, həmçinin mədəniyyət, təhsil və sosial məsələlər komitələrinin iclaslarında iştirak etmək üçün Yunanıstana səfərə gediblər.
Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Salonik şəhərində keçiriləcək tədbirdə təşkilata üzv dövlətlərdə ekoloji məlumatlılığın formalaşdırılması, Qara dəniz regionunda su sərvətlərinin idarə olunması və istifadəsi, bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsi mövzusunda müzakirələr aparılacaq. Səfər oktyabrın 23-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR