Bank Of Baku

Tiflisdə Heydər Əliyevin xatirə lövhəsi qoyulub

Tiflisdə Heydər Əliyevin xatirə lövhəsi qoyulub
# 21 oktyabr 2009 07:15 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Tiflisdə Heydər Əliyev prospektində ümummilli liderin qranit daşdan xatirə lövhəsi qoyulub. Bu barədə APA-nın Gürcüstan bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Şövqi Mehdizadə məlumat verib: “Səfirliyin müvafiq tədbirləri nəticəsində biz bu lövhəni prospektin başlanğıcına qoyduq, çünki burada Heydər Əliyev parkında onun büstü var idi, lakin tərcümeyi-halı barədə məlumat yox idi. Ona görə də səfirliyin təşəbbüsü ilə bu xatirə lövhəsini buraya qoyduq. Burada Heydər Əliyevin tərcümeyi-halı gürcü və Azərbaycan dillərində həkk edilib. İndi Tiflisə gələn və Heydər Əliyev prospektində olan xarici qonaqlar və Gürcüstan vətəndaşları onun həyatı barədə məlumat öyrənəcəklər.”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR