Bank Of Baku

AXCP üzvləri Bakıdakı Türk Şəhidliyini ziyarət ediblər

AXCP üzvləri Bakıdakı Türk Şəhidliyini ziyarət ediblər
# 21 oktyabr 2009 09:24 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. AXCP üzvləri Bakıdakı Türk Şəhidliyini ziyarət ediblər. APA-nın xəbərinə görə, AXCP sədri Əli Kərimli və partiya rəhbərliyinə daxil olan şəxslər şəhidliyi ziyarət edərək oradakı abidənin üzərinə gül qoyublar. Bundan sonra əllərində bayraqlar Türk Şəhidliyinə yaxınlaşmaq istəyən AXCP üzvü olan gənclər polislər tərəfindən saxlanılıblar.
AXCP sədri Əli Kərimli jurnalistlərə açıqlamasında Azərbaycan-Türkiyə münasibətlərinin iqtidarlardan deyil, xalqların iradəsindən asılı olduğunu deyib: “Bu münasibətlərin korlanmasına imkan verilməməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR