Bank Of Baku

Müxalifət partiyaları, ictimai təşkilatların rəhbərlərinin, politoloqların iştirakı ilə qapalı toplantı keçirilib

Müxalifət partiyaları, ictimai təşkilatların rəhbərlərinin, politoloqların iştirakı ilə qapalı toplantı keçirilib
# 21 oktyabr 2009 14:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyasının qərargahında bir sıra partiyaların, ictimai təşkilatların rəhbərləri, ekspertlər və politoloqların iştirakı ilə birgə qapalı toplantı keçirilib. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya bildirib ki, toplantıda regiondakı vəziyyət, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, bu kontekstdə Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətlə bağlı müzakirələr aparılıb: “Toplantıda yarınmış vəziyyətdən çıxış yolları barədə müzakirə aparıldı və müəyyən razılaşmalar əldə olundu. Müzakirənin aparılmasının əsas məqsədi hazırkı durumun dəyərləndirilməsi, bu məsələdə çıxışların və addımların koordinasiya olunması barədə fikir mübadiləsi aparmaq idi. Amma toplantıda bu məsələlərlə bağlı mətbuata açıqlama verməmək barədə razılıq əldə edilib. Mətbuat açıqlamalarının müəyyən problemlər yarada biləcəyini nəzərə alaraq belə bir mövqe qoyuldu”.

A. Hacılı bu tipli toplantıların davam etdiriləcəyini qeyd edib. Müxalifət partiyalarının Milli Müqavimət Hərəkatının yaradılması ilə bağlı irəli sürülən təkliflərin toplantıda müzakirə olunub-olunmamasına gəlincə, A. Hacılı bildirib ki, iclasda müxtəlif təkliflər irəli sürülüb: “Amma bununla bağlı açıqlama vermək istəmirəm”.

Toplantıda Müsavat, Xalq Cəbhəsi partiyalarının rəhbərliyi, Demokratiya Uğrunda İttifaqa daxil olan partiyaların rəhbərlərinin iştirak etdiyi bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR