Bank Of Baku

Azərbaycan prezidenti Bolqarıstanın xarici işlər nazirini qəbul edib

Azərbaycan prezidenti Bolqarıstanın xarici işlər nazirini qəbul edib
# 22 oktyabr 2009 14:17 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstanın xarici işlər naziri xanım Rumyana Jelevanı qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin bundan sonra da möhkəmlənməsi üçün yaxşı potensialın olduğu qeyd edilib və münasibətlərimizin gələcəkdə daha da genişlənəcəyinə əminlik ifadə olunub.
Görüşdə, həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən XIX görüşünün əhəmiyyəti vurğulanıb və bu görüşün ölkələr arasında əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR