Bank Of Baku

Sabir Rüstəmxanlı Dəniz Baykal və Dövlət Bağçalıya təşəkkür məktubu göndərib

Sabir Rüstəmxanlı Dəniz Baykal və Dövlət Bağçalıya təşəkkür məktubu göndərib
# 22 oktyabr 2009 14:48 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Sabir Rüstəmxanlı Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Dəniz Baykal və Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalıya məktub göndərib. DAK-ın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, S. Rüstəmxanlı məktubunda son vaxtlar Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması fonunda Türkiyə-Azərbaycan münasibətlərinin gərginləşdiyini xatırladıb: “Türkiyə Cümhuriyyəti Avropa Birliyinə girmək üçün müxtəlif “islahat” və “açılım” kimi nəticəsi bəlli olmayan riskli bir yola sürüklənməkdədir. Bunlar azmış kimi, son günlər Türkiyə və Ermənistan arasında protokol imzalanması və bunun ardınca hər iki ölkədəki bayraq təxribatları millətimizi üzüb”.

S. Rüstəmxanlı CHP və MHP-nin türk millətinin iki dövləti olan Türkiyə və Azərbaycanı uçuruma doğru sürükləyənlərə qarşı haqlı mövqe tutmasını məmnunluqla qeyd edib: “Türkiyə və Ermənistan arasında protokol təxribatından sonra millətimiz və dövlətlərarası münasibətlərimiz yeni bir imtahan qarşısında qalıb. Bu çətin günlərdə sizin ədalətli mövqe tutmağınız və Azərbaycanın hüquqlarını müdafiə etməyiniz Türkiyəyə, Azərbaycana və türklüyə xidmətin dəyərli bir örnəyidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR