Bank Of Baku

“Çanaqqaladan başlanan yol” adlı sənədli film çəkilib

“Çanaqqaladan başlanan yol” adlı sənədli film çəkilib
# 26 oktyabr 2009 15:00 (UTC +04:00)
Bakı - APA. Türkiyənin Azərbaycandakı səfirliyinin və Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Çanaqqaladan başlanan yol” adlı sənədli film çəkilib. Film 1920-1922-ci illərdə Türkiyənin milli istiqlal savaşına Azərbaycan türklərinin yardımından bəhs edir. Filmin ssenari müəllifi Arzu Qazıyeva APA-ya bildirib ki, “Çanaqqaladan başlanan yol” filmi “AQAP” prodüser mərkəzində tanınmış prodüser Bəxtiyar Həsənov tərəfindən çəkilib. Filmin quruluşçu rejissoru Rövşən İsmayılov, operator Nuray Səfərlidir. Layihə Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən də dəstəklənib.

A. Qazıyeva bildirib ki, film araşdırma xarakteri ilə digər sənədli filmlərdən seçilir: “Məsələn, Türkiyəyə qarşı Balkan savaşları başlayan ərəfədə Bakıda zəngin insanlar xeyriyyə cəmiyyəti yaratmışdılar. Bu cəmiyyət tərəfindən müntəzəm olaraq Anadoluya yardımlar göndərilirdi. Bundan əlavə, Bakı sahibkarları Anadoluda kimsəsiz uşaqlar üçün uşaq evləri tikdirib, onların fəaliyyətinə vəsait ayırırdılar. Ruslar müharibə zamanı əsir düşmüş türk uşaqlarını xristianlaşdırmağa çalışırdılar, azərbaycanlılar isə bunun qarşısını alırdılar. Bu məqamları da aşkara çıxardıq. Amma bu məqamlar filmdə əksini tapmadı. Çünki filmdə biz əsasən 1920-1922-ci illərdəki hadisələrdən bəhs edirdik”.

Filmin təqdimatı oktyabrın 28-də saat 18.00-da Azərbaycan Kinematoqrafçılar İttifaqının zalında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR