Bank Of Baku

Aydınlar Partiyası bələdiyyə seçkilərində partiya kimi iştirak etməyəcək

Aydınlar Partiyası bələdiyyə seçkilərində partiya kimi iştirak etməyəcək
# 26 oktyabr 2009 22:47 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Aydınlar Partiyasının dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində partiya kimi iştirak etməyəcək.

Partiyanın sədr müavini Xanoğlan Əhmədov APA-ya bildirib ki, hazırda partiya üzvləri öz namizədliklərini irəli sürür. Aydınlar Partiyası dövlət qeydiyyatına alınmadığı üçün üzvlər namizədliklərini öz təşəbbüsü ilə irəli sürür, həmçinin partiya mənsubiyyətini də göstərə bilmirlər.

X.Əhmədov deyib ki, bu vaxta qədər 200-ə qədər üzv artıq Dairə Seçki Komissiyalarına müraciət edib və onlar hazırda imzatoplama kampaniyasını həyata keçirirlər. Sədr müavini bələdiyyə seçkilərinə hazırlıq məqsədilə noyabrın əvvəlində partiyanın genişləndirilmiş müşavirəsinin keçiriləcəyini və namizədlər üçün tövsiyələrin veriləcəyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR