Bank Of Baku

Milli Məclisdə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin müavini Vilayət Eyvazovun məlumatı dinlənilir

Milli Məclisdə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin müavini Vilayət Eyvazovun məlumatı dinlənilir
# 27 oktyabr 2009 09:51 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisin (MM) payız sessiyasının növbəti iclası başlayıb. APA-nın xəbərinə görə, iclasda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin müavini Vilayət Eyvazovun Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatı dinlənilir.

Milli Koordinator deyib ki, 2009-cu ilin ötən dövrü ərzində həyata keçirilən əməliyyat-profilaktik tədbirlər nəticəsində insan alveri ilə bağlı 71 cinayət faktı qeydə alınıb, onları törədən 18 cinayətkar qrup, o cümlədən 1 mütəşəkkil dəstə zərərsizləşdirilib, bütövlükdə 65 cinayətkar ifşa edilib. Cinayətlərin açılmasında iştirak etmiş 19 şəxs Daxili İşlər Nazirliyinin əmrləri ilə mükafatlandırılıb. Cinayətlərin qurbanı olan 82 nəfərdən 47-si, o cümlədən bir uşaq sığınacağa yerləşdirilib, onlara hüquqi, tibbi və psixoloji yardımlar göstərilib, əksəriyyəti cəmiyyətə reinteqrasiya olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR