Bank Of Baku

Milli Məclis Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatı qəbul edib

Milli Məclis Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatı qəbul edib
# 27 oktyabr 2009 10:31 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisin (MM) payız sessiyasının növbəti iclasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin müavini Vilayət Eyvazovun Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatı dinlənilib.
APA-nın xəbərinə görə, V. Eyvazov deyib ki, bu ilin ötən dövrü ərzində həyata keçirilən əməliyyat-profilaktik tədbirlər nəticəsində insan alveri ilə bağlı 71 cinayət faktı qeydə alınıb, onları törədən 18 cinayətkar qrup, o cümlədən 1 mütəşəkkil dəstə zərərsizləşdirilib, bütövlükdə 65 cinayətkar ifşa edilib. Cinayətlərin açılmasında iştirak etmiş 19 şəxs Daxili İşlər Nazirliyinin əmrləri ilə mükafatlandırılıb. Cinayətlərin qurbanı olan 82 nəfərdən 47-si, o cümlədən bir uşaq sığınacağa yerləşdirilib, onlara hüquqi, tibbi və psixoloji yardımlar göstərilib, əksəriyyəti cəmiyyətə reinteqrasiya olunub.
Milli Koordinatorun məruzəsindən sonra müzakirələr başlayıb. Millət vəkilləri məlumatın qəbul olunmasına səs veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR