Bank Of Baku

Erməni deputatlar Moskvada keçirilən görüşdə Azərbaycanla Ermənistan arasında ümumi iqtisadi əməkdaşlıq zonası yaradılmasını təklif ediblər

Erməni deputatlar Moskvada keçirilən görüşdə Azərbaycanla Ermənistan arasında ümumi iqtisadi əməkdaşlıq zonası yaradılmasını təklif ediblər
# 27 oktyabr 2009 11:08 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu jurnalistlərin suallarına cavab olaraq, görüşdə Azərbaycanı təmsil edən nümayəndə heyətinin üzvü, Milli Məclisin İnsan Haqları Komitəsinin sədri Rəbiyyət Aslanova bildirib. R. Aslanova deyib ki, Azərbaycan nümayəndə heyəti cavab olaraq Azərbaycan torpaqları işğaldan azad olunmadan belə bir iqtisadi əməkdaşlıq zonasının yaradılmasının mümkün olmadığını açıqlayıb: “Bildirdik ki, bunun baş tutması üçün ilk öncə Azərbaycan torpaqları işğaldan azad olunmalıdır”.

Millət vəkili Gültəkin Hacıbəyli də jurnalistlərə açıqlamasında deyib ki, işğal altındakı Azərbaycan torpaqları azad olunmadan belə bir təklif reallaşa bilməz.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR