Bank Of Baku

“Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib

“Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib
# 27 oktyabr 2009 14:50 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bugünkü iclasında “Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib. APA-nın xəbərinə görə, sənəd haqqında Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Siyavuş Novruzov məlumat verib. Komitə üzvü deyib ki, Azərbaycan hərbçiləri indiyədək Kosovo, İraq və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak ediblər. Onun sözlərinə görə, bu sənəd lokal və regional münaqişələrin qarşısının alınması, nizamlanması və həll edilməsi ilə bağlı aparılan sülhməramlı əməliyyatlarda ölkənin iştirakının əsaslarını, forma və qaydasını müəyyənləşdirir: “Qanun layihəsi 4 fəsil, 19 maddədən ibarət bu sənəddə sülhməramlı əməliyyatlarda iştirakın beynəlxalq hüquqi əsasları və zəruri şərtləri, sülhməramlı əməliyyatlarda iştirak edən hərbi və mülki heyətin funksiyaları, eləcə də həmin əməliyyatlar zamanı beynəlxalq humanitar hüquq normalarına riayət olunması məsələləri təsbit olunub”.
Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.
İclasda, həmçinin “Gömrük Əməkdaşlığı Şurasının yaradılması haqqında” Konvensiyaya dəyişikliklərin təsdiq edilməsi, “Azərbaycanda dövlət daktiloskopik qeydiyyatı haqqında” “Məhkəmələr və hakimlər haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Prokurorluq haqqında”, “Rəsmi statistika haqqında”, “Əmək pensiyaları haqqında”, “Notariat haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Bələdiyyə üzvünün statusu haqqında”, “Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında”, “Dövlət qulluğu haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara əlavə və dəyişikliklər müzakirə edilərək qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR