Bank Of Baku

ADP “DQR prezidenti” Bako Saakyanın Rusiyaya səfərini pisləyən bəyanat yayıb

ADP “DQR prezidenti” Bako Saakyanın Rusiyaya səfərini pisləyən bəyanat yayıb
# 27 oktyabr 2009 16:01 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Demokrat Partiyası (ADP) qondarma “Dağlıq Qarabağ Respublikası”nın rəhbəri Bako Saakyanın Ermənistan prezidentini müşayiət edən nümayəndə heyətinin tərkibində Rusiyaya rəsmi səfəri ilə bağlı bəyanatla çıxış edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda qondarma respublikanın rəhbərinin Rusiya rəsmiləri ilə görüşməsini Rusiya Federasiyası tərəfindən beynəlxalq hüquqa və əməkdaşlıq etdiyi Azərbaycana qarşı aşkar hörmətsizlik kimi qiymətləndirilib. ADP hesab edir ki, Rusiyanın bu addımı ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə dair öhdəliklərinə ziddir və Azərbaycan bu ölkəyə məsələ ilə əlaqədar rəsmi nota ilə münasibət bildirməli, Rusiyanın Bakıdakı səfirindən izahat tələb etməlidir: “Azərbaycan iqtidarı bu səfərlə əlaqədar Rusiya ilə münasibətlərinə yenidən baxılması və imzalanmış son iqtisadi anlaşmaların qüvvədən düşməsi, o cümlədən bu ölkənin ATƏT-in Minsk Qrupunun sədrliyindən uzaqlaşdırılması istiqamətində fəal siyasət yürütməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR