Bank Of Baku

Rəsul Quliyev ACP-nin fəallaşmasını istəmir

Rəsul Quliyev ACP-nin fəallaşmasını istəmir
# 28 oktyabr 2009 07:53 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Açıq Cəmiyyət Partiyasının aktiv fəaliyyət göstərməsi partiyanın lideri Rəsul Quliyevdən asılıdır. Amma hazırda partiya lideri aktivlik tərəfdarı deyil”. Bunu APA-ya açıqlamasında ACP İdarə Heyətinin üzvü Yaqub Abbasov deyib. O bildirib ki, Nizamnaməyə əsasən partiyanın siyasətini onun lideri müəyyənləşdirir. Dəfələrlə R. Quliyevlə ACP-nin təşkilatlanması və aktiv fəaliyyəti mövzusunda müzakirə apardığını söyləyən Y. Abbasov, onun indiki halda ACP-nin aktivləşməsinin tərəfdarı olmadığını vurğulayıb: “Partiyanın aktiv fəaliyyəti üçün maliyyə tələb olunur. ACP-nin maliyyə durumu isə ürəkaçan səviyyədə deyil. Bu baxımdan indiki məqamda kiminsə rəhbərliyə gətirilməsi partiyanın aktivləşməsinə səbəb olmayacaq. Əgər Rəsul Quliyev aktivləşmə ilə bağlı tapşırıq versə, o zaman təşkilatlanma, aktiv siyasi fəaliyyətlə bağlı işlər görülə bilər”.

Y. Abbasovun sözlərinə görə, rəhbərlikdə olan dəyişikliklər partiya liderinin iradəsi ilə reallaşıb: “Partiyanın sədrinin də, İdarə Heyətinin üzvlərinin də seçilməsi liderdən asılıdır. Belə məsləhət olub, belə düşünülüb və belə bir qərar qəbul olunub”.

ACP liderinin müşaviri Zəminə Dünyamalıyevanın partiya üzvlüyündən xaric olunmasına toxunan Y. Abbasov bunu tələsik addım adlandırıb: “Mənim bu məsələyə münasibətim tamamilə fərqlidir. Əvvəla, müəyyən adamların bu partiyanın yaradılmasında xidməti var - Zəminə Dünyamalıyevanın da. Xidmətləri olan insanların üstündən bir anda xətt çəkmək düzgün deyil. Bu məsələdə tələsiblər. Birdən-birə bu cür qərar verməyə ehtiyac yox idi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR