Bank Of Baku

Azərbaycan və Türkiyə parlamentlərinin üzvləri Türk Şəhidliyində bayraqların yenidən qaldırılmasını müsbət qiymətləndirir - SORĞU

Azərbaycan və Türkiyə parlamentlərinin üzvləri Türk Şəhidliyində bayraqların yenidən qaldırılmasını müsbət qiymətləndirir - <font color=red>SORĞU</font>
# 28 oktyabr 2009 14:10 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycan Milli Məclisinin üzvləri Bakıdakı türk şəhərciyində Türkiyə və Azərbaycan bayraqlarının yenidən dalğalanmasına münasibət bildiriblər. Milli Məclisin üzvü Məlahət İbrahimqızı APA-ya açıqlamasında deyib ki, bayraqların yerinə qaytarılması türk birliyinin, qardaşlığının əbədi və sarsılmaz olduğunu göstərib. Onun sözlərinə görə, Türkiyə və Azərbaycan bayrağı hər zaman birlikdə ucalacaq: “Bu bayraqları təmsil edən dövlətlər də bütün dünyada birlikdə ləyaqətlə təmsil olunacaqlar. Bu qardaşlığa xain baxan gözlər nə zamansa kor olacaq. Bu qardaşlığa heç kəsin zərrə qədər kölgə salmağa haqqı yoxdur”. M. İbrahimqızı həmçinin deyib ki, Türkiyədə Azərbaycan bayrağına qarşı baş verənləri də təsadüfi bir hal hesab edir: “Hesab edirəm ki, bundan sonra heç bir problem olmaz”.

Milli Məclisin üzvü Qənirə Paşayeva Türk Şəhidliyində bayraqların yenidən dalğalanmasına görə Azərbaycan prezidentinə təşəkkür etdiyini deyib. Onun sözlərinə görə, Azərbaycan prezidentinin atdığı bu addım türklərin yaşadığı bütün coğrafiyada müsbət qiymətləndiriləcək: “Bu hamımızı sevindirdi. İndi Azərbaycan və Türkiyə bayrağı qoşa dalğalanır. Bu hadisəsi təxribatlar yolu ilə Azərbaycan və Türkiyə qardaşlığına zərbə vurmaq istəyən qüvvələrə tutarlı bir cavab oldu”.

Q. Paşayeva Türkiyədə Azərbaycan bayrağına qarşı təxribat törədən insanların da cəzalandırılacağına inandığını bildirib: “Hesab edirik ki, bu adamlar öz cəzalarını alacaqlar. Azərbaycan-Türkiyə dostluğunu pozmaq istəyən qüvvələr buna nail ola bilməyəcək. Belə davam edəcəyinə əminik. Türk dövlətlərinin birliyi istiqamətində Azərbaycan bundan sonra da ən yüksək rol oynayacaq”.

Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) xarici əlaqələr komissiyasının sədri Murad Mərcan da Türk Şəhidliyində yenidən iki ölkənin bayraqlarının birgə dalğalanmasının qürurverici olduğunu deyib. O, Azərbaycana gələrkən bayraqların yerinə qaytarılması xəbərini sürpriz kimi qarşıladığını bildirib.

Heyətin üzvü, Milliyyətçi Hərəkat Partiyasından olan millət vəkili Şenol Bal
da heç bir qüvvənin Azərbaycan və Türkiyənin arasına girib, nifaq sala bilməyəcəyini, bayraqları yerində görüncə sevindiyini ifadə edib. Onun sözlərinə görə, iki ölkənin arasına girməyə heç kimin gücü çatmaz: “Biz toplum olaraq buna imkan verməyəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR