Bank Of Baku

Azərbaycanın Zəngilan rayonunun ermənilər tərəfindən işğalından 16 il ötür

Azərbaycanın Zəngilan rayonunun ermənilər tərəfindən işğalından 16 il ötür
# 29 oktyabr 2009 07:55 (UTC +04:00)
Ermənilərin irimiqyaslı hücuma hazırlaşması barədə əhalinin əvvəlcədən məlumatlandırılması rayonda ikinci Xocalı faciəsinin baş verməsinin qarşısını alıb. Mülki əhali İran ərazisinə keçərək erməni soyqırımının qurbanına çevrilmək təhlükəsindən qurtarıblar. Rayonun erməni hərbi birləşmələrinin hücumundan müdafiəsi zamanı 188 nəfər şəhid olub, 44 nəfər itkin düşüb. Hazırda Zəngilanın 33 min nəfərlik əhalisi Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar. Sahəsi 707 kvadrat kilometr, əhalisi 33 min nəfər olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, 1 texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub və 22 kinoqurğu işğal zamanı məhv edilib. Hazırda Zəngilanda ermənilər tərəfindən ekoloji terror siyasəti yürüdülür, bölgənin zəngin çinar meşələri məhv edilir, təbii ehtiyatları mənimsənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR