Bank Of Baku

Azərbaycanın Rus İcmasının 3-cü qurultayı keçiriləcək

Azərbaycanın Rus İcmasının 3-cü qurultayı keçiriləcək
# 29 oktyabr 2009 08:14 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycanın Rus İcması noyabrın 6-da III qurultayını keçirəcək. İcmadan APA-ya verilən məlumata görə, qurultayda icmanın Respublika Şurasının 2004-2009-cu illərdəki fəaliyyəti haqqında hesabat dinləniləcək, müxtəlif komissiya və icmaların rayon bölmələrinin rəhbərləri çıxış edəcəklər. Qurultayda icma sədrinin və Respublika Şurasının üzvlərinin seçkisi də keçiriləcək.

Tədbirdə Moskva hökumətinin nümayəndələrinin, Fransada yaşayan qraf Pyotr Şeremetyevin, Danimarkada yaşayan knyaz Dmitri Romanovun və digərlərinin iştirakı gözlənilir. Qurultaya qonaq qismində Moskva, Ryazan və Saratovda yaşayan Azərbaycan icmalarının nümayəndələri də qatılacaq.

Qeyd edək ki, Azərbaycanın Rus İcması 1993-cü ildə yaradılıb və 48 şəhər və rayon təşkilatı var. İcmanın sədri Milli Məclisin üzvü Mixail Zabelindir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR