Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfər edib

Azərbaycan prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfər edib
# 29 oktyabr 2009 10:24 (UTC +04:00)
İsmayıllı-APA. Azərbaycan prezidenti İlham Əliyev İsmayıllı rayonunda səfərdədir. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva İsmayıllı şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyublar. Daha sonra onlar İsmayıllı şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər. Dövlət başçısı açılışı bildirən lenti kəsib və mərkəzlə tanış olub. Prezidentə mərkəzin tikintisi ilə bağlı geniş məlumat verilib. Mərkəzin tikintisinə 2007-ci ilin yanvarında başlanılıb, tikinti işləri ötən ilin mayında başa çatdırılıb. Mərkəz hər biri 730 kvadratmetr olmaqla, iki mərtəbədən və zirzəmidən ibarətdir. Burada şahmat, aviamodelçilik, heykəltəraşlıq, rəssamlıq, “Bacarıqlı əllər” uşaq dərnəkləri, birinci mərtəbədə daimi fəaliyyət göstərən sərgi-ekspozisiya zalı, ikinci mərtəbədə Heydər Əliyev irsini araşdırma mərkəzi, elektron kitabxana, kitabxana, kompüter otaqları, konfrans zalı var. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyevin həyatını əks etdirən sərgi-ekspozisiya zalına, Heydər Əliyev irsini araşdırma mərkəzinə, elektron kitabxanaya, kitabxanaya, kompüter otaqlarına, konfrans zalına baxıblar. Dövlət başçısı mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.

Qeyd edək ki, mərkəzin ətrafında 4 hektar sahədə abadlıq və yaşıllaşdırma işləri aparılıb. Burada iki fəvvarə quraşdırılıb, 22 metr hündürlükdə dövlət bayrağı ucaldılıb, dairə seçki komissiyasının, maliyyə idarəsinin, prokurorluğun, əmək və əhalinin sosial müdafiə mərkəzinin yeni inzibati binaları tikilib, rayon mədəniyyət evi, mərkəzi kitabxana, uşaq kitabxanası əsaslı təmir edilib. Mərkəzin ətrafındakı əraziyə 22 min 500 kvadratmetr səki daşları döşənib, müasir işıqlandırma və suvarma sistemi quraşdırılıb. Ərazidə yaşıllaşdırma işlərində 4 min ağac və gül kollarından, 3 min ədəd çiçəkdən, 12 min kvadratmetr döşəmə qazondan istifadə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR