Bank Of Baku

Prezident İlham Əliyevin İsmayıllıda aparılan quruculuq işləri ilə tanış olub

Prezident İlham Əliyevin İsmayıllıda aparılan quruculuq işləri ilə tanış olub
# 29 oktyabr 2009 12:18 (UTC +04:00)
Bakı-APA. Bu gün İsmayıllı rayonuna səfər edən Azərbaycan prezidenti İlham Əliyev rayondakı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olub. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə,
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parkın ərazisində yapon mütəxəssisləri tərəfindən salınan 1500 kvadratmetr sahəni əhatə edən “Yapon bağı”
ilə tanış olublar. Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oki bağ barədə məlumat verib. Azərbaycan prezidenti və xanımı rayon tarix-diyarşünaslıq muzeyində də olublar.
Daha sonra ölkə başçısı İsmayıllıda akademik Zərifə Əliyeva adına parka gedib. İlham Əliyev parkda görülən işləri yüksək qiymətləndirib.

Prezident İlham Əliyev rayonda el sənətkarlarının vəziyyəti ilə maraqlanıb. İlham Əliyev aşıqların, Lahıc, Molla İsaqlı, İvanovka kəndlərinin folklor qruplarının Azərbaycan, rus və alban dillərində çıxışlarını və rəqslərinə tamaşa edib. Ölkə başçısı daha sonra rayon ağsaqqalları ilə söhbət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR