Bank Of Baku

Azərbaycan prezidentinin İsmayıllı rayonuna səfəri başa çatıb

Azərbaycan prezidentinin İsmayıllı rayonuna səfəri başa çatıb
# 29 oktyabr 2009 15:33 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfəri çərçivəsində İvanovka kəndində olub. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kənd sakinləri dövlətimizin başçısını və xanımını böyük mehribanlıqla, duz-çörəklə qarşıladılar, onlara gül dəstələri təqdim ediblər. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev küçəsində ulu öndərin abidəsini ziyarət edərək gül dəstələri qoyublar.

İvanovka kəndində 2008-ci ildən abadlıq və quruculuq işlərinə başlanıb. Nikitin adına kolxozun inzibati binası, mədəniyyət sarayının fasadı əsaslı təmir edilib, ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb. İkinci Dünya müharibəsində İvanovka kəndindən cəbhədə həlak olanların xatirəsinə yaradılmış abidə kompleksi yenidən qurulub. Abidənin ətrafında və mərkəzi küçədə işıqlandırma sistemi quraşdırılıb. Sonra dövlət başçısı və xanımı kəndin mərkəzində məhsul bayramına toplaşmış sakinlərlə görüşüb söhbət ediblər. Prezident İlham Əliyev Heydər Əliyev adına orta məktəbin şagirdlərinin əl işləri ilə tanış olub. Təhsil ocağı kollektivinin üzvləri yeni binaya görə dövlətimizin başçısına minnətdarlıq ediblər. Prezident İlham Əliyevə kənd sakini Anna Radayevanın yağlı boya ilə çəkdiyi “Kusok İvanovki” rəsm əsəri hədiyyə edilib.
Bununla da prezident İlham Əliyevin İsmayıllı rayonuna səfəri başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR