Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev Abdullah Gülü Türkiyə Cümhuriyyətinin yaradılmasının 86-cı ildönümü münasibəti ilə təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Abdullah Gülü Türkiyə Cümhuriyyətinin yaradılmasının 86-cı ildönümü münasibəti ilə təbrik edib
# 29 oktyabr 2009 17:14 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Abdullah Gülü Türkiyə Cümhuriyyətinin yaradılmasının 86-cı ildönümü münasibəti ilə təbrik edib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Abdullah Gülə zəng edən İlham Əliyev ona cansağlığı, fəaliyyətində uğurlar, Türkiyə xalqına firavanlıq arzulayıb. Türkiyə prezidenti isə göstərdiyi diqqətə görə İ. Əliyevə minnətdarlığını bildirib, Azərbaycan xalqına öz xoş arzularını çatdırıb. Prezidentlər söhbət zamanı bir sıra maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR