Bank Of Baku

“Gülüstan” sarayında Türkiyə Cümhuriyyətinin yaranmasının 86-cı ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib

“Gülüstan” sarayında Türkiyə Cümhuriyyətinin yaranmasının 86-cı ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib
# 29 oktyabr 2009 17:20 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Bu gün “Gülüstan” sarayında Türkiyə Cümhuriyyətinin yaranmasının 86-cı ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

APA-nın məlumatına görə, tədbirə dövlət və hökumət adamları, millət vəkilləri, KİV nümayəndələri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, eləcə də Bakıda səfərdə olan Türkiyə parlamentinin nümayəndə heyəti qatılıb.

Mərasim müğənni Azərinin ifasında Türkiyə və Azərbaycanın dövlət himnlərinin səslənməsi ilə açılıb. Qonaqları salamlayan Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Türkiyə Cümhuriyyətinin tarixindən söz açıb, ölkənin 86 ildə keçdiyi yoldan, qarşılaşdığı çətinliklərdən və mövcud durumundan danışıb.

Azərbaycan hökuməti adından çıxış edən baş nazirin müavini Abid Şərifov Türkiyə Cümhuriyyətinin yaranmasının 86-cı ildönümü münasibətilə təbriklərini çatdırıb, Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinin getdikcə daha yüksək səviyyəyə çatdığını vurğulayıb.

Qeyd edək ki, tədbirə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov, müdafiə naziri Səfər Əbiyev və digər rəsmilər də qatılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR