Bank Of Baku

YAP-ın yaranmasının 17-ci ildönümü ilə əlaqədar tədbirlər keçiriləcək

YAP-ın yaranmasının 17-ci ildönümü ilə əlaqədar tədbirlər keçiriləcək
# 30 oktyabr 2009 11:51 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 17-ci ildönümü ilə bağlı tədbirlər keçiriləcək. Partiyanın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı APA-ya açıqlamasında bununla bağlı tədbirlər planı hazırlandığını deyib. 17-ci ildönümün yubiley olmadığını söyləyən M. Qurbanlı, bu səbəblə geniş tədbirlərin nəzərdə tutulmadığını bildirib: “Amma sözsüz ki, bu ildönüm qeyd olunacaq. Həm partiyanın rəhbərliyi, həm də rayon təşkilatları səviyyəsində tədbirlər keçiriləcək”.

Qeyd edək ki, YAP-ın təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasında keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR