Bank Of Baku

DUİ sosial tələblərlə kütləvi aksiya keçirmək niyyətindədir

DUİ sosial tələblərlə kütləvi aksiya keçirmək niyyətindədir
# 30 oktyabr 2009 14:14 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Demokratiya Uğrunda Hərəkat (DUİ) əhalinin sosial problemlərinin həlli tələbi ilə kütləvi aksiya keçirmək niyyətindədir. Quruma daxil olan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu APA-ya bildirib ki, DUİ-nin son toplantısında bununla bağlı müzakirələr aparılıb. Aksiyada ölkədəki sosial-iqtisadi problemlərin həlli, aztəminatlı ailələrin vəziyyətinin yaxşılaşdırılması, xüsusilə kommunal ödəmələrin azaldılması tələb olunacaq.

X. Teyyublu aksiyanın daha geniş miqyaslı olması üçün digər partiyalarla müzakirə aparacaqlarını söyləyib: “Amma hələlik bununla bağlı konkret qərar yoxdur. İttifaqın növbəti toplantılarında bu məsələ yenidən müzakirə olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR