Bank Of Baku

Milli Məclisin Sosial Siyasət Komitəsinin iclası keçirilib

Milli Məclisin Sosial Siyasət Komitəsinin iclası keçirilib
# 30 oktyabr 2009 14:52 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Milli Məclisin Sosial Siyasət Komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, iclasda Azərbaycan dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “vahid pəncərə” prinsipinin tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər müzakirə olunub. Komitə sədri Hadı Rəcəbli deyib ki, sözügedən məsələ ilə bağlı “Sanitar-epidemioloji salamatlıq haqında” qanununa və Gömrük Məcəlləsinə əlavə və dəyişiklik təklif edilib. Onun sözlərinə görə, sənədlərə təklif olunan əlavə və dəyişikliklər qanunvericiliyin vəziyyətə uyğunlaşdırılmasına xidmət edir.

İclasda, həmçinin “Sosial sığorta haqında” qanuna əlavə və dəyişikliklər müzakirə olunub.

Sonda hər üçün sənəd parlamentin plenar iclasına tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR