Bank Of Baku

Zəminə Dünyamalıyeva: “Hələlik siyasi proseslərdən bir qədər uzaqlaşmışam”

Zəminə Dünyamalıyeva: “Hələlik siyasi proseslərdən bir qədər uzaqlaşmışam”
# 02 noyabr 2009 10:16 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Açıq Cəmiyyət Partiyasının Ali Məclisinin iclasında mənim partiya sıralarından xaric olunmağımla bağlı qəbul olunan qərara münasibət bildirmək istəmirəm”. Bunu APA-ya açıqlamasında ACP liderinin keçmiş müşaviri, partiyanın İdarə Heyətinin keçmiş üzvü Zəminə Dünyamalıyeva deyib. Hələlik siyasi proseslərdən bir qədər uzaqlaşaraq istirahət etdiyini bildirən Z. Dünyamalıyeva bundan sonrakı fəaliyyəti barədə də danışmaq istəməyib: “Bir müddət istirahət edəcəyəm, həm də prosesləri müşahidə edəcəyəm. Yalnız bundan sonra məsələlərə münasibət bildirməyi düşünürəm”. ACP lideri Rəsul Quliyevin tapşırığı ilə proseslərdən kənarda qalması barədə məlumatlara gəldikdə, Z. Dünyamalıyeva bunun həqiqətəuyğun olmadığını deyib.

Qeyd edək ki, ACP Ali Məclisinin sonuncu iclasında Z. Dünyamalıyeva partiyadan xaric edilib. İclasdan əvvəl isə o, partiyanın fəaliyyətinə xitam verilməyəcəyi halda ACP-dən istefa verəcəyini bəyan etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR