Bank Of Baku

Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib
# 02 noyabr 2009 10:42 (UTC +04:00)
Bakı – APA. Noyabrın 2-də Bakı Dövlət Universitetinin (BDU) 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib. APA-nın məlumatına görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər.

Prezident İ. Əliyev mərasimdə çıxış edib. Dövlət başçısı ali təhsil müəssisəsinin ölkənin həyatında oynadığı roldan danışıb, BDU-nun tarixi xidmətlərini xüsusi vurğulayıb.
Universitetin rektoru, millət vəkili Abel Məhərrəmov BDU-nun 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunduğunu bildirib. Rektor universitetin yaranmasından, keçdiyi şərəfli tarixi yoldan və bugünkü vəziyyətindən danışıb.
A. Məhərrəmov bildirib ki, universitetin Elmi Şurası prezident İ. Əliyevə BDU-nun fəxri doktoru adının verilməsi haqqında qərar qəbul edib. Dövlət başçısına fəxri doktorluq mantiyası təqdim olunub.

Tədbirdə Moskva Dövlət Universitetinin, Türkiyənin Atatürk Universitetinin, Tbilisi Dövlət Universitetinin, Tehran Universitetinin və Qazaxıstanın Lev Qumilyov adına Avrasiya Milli Universitetinin rektorları təbriklərini çatdırıblar.

Mərasimdə Rusiya, Türkiyə, Almaniya, Gürcüstan və digər ölkələrdən gəlmiş 40-dan çox alim, elm xadimi, ali təhsil müəssisələrinin rəhbərləri iştirak etmişlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR