Bank Of Baku

Azərbaycan Milli Demokrat Partiyası Demokratiya Uğrunda İttifaqdan çıxarılıb - YENİLƏNİB

Azərbaycan Milli Demokrat Partiyası Demokratiya Uğrunda İttifaqdan çıxarılıb - <font color=red>YENİLƏNİB</font>
# 02 noyabr 2009 12:18 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Milli Demokrat Partiyası (AMDP) Demokratiya Uğrunda İttifaqdan (DUİ) xaric edilib. Bu barədə APA-ya DUİ-yə daxil olan Azadlıq Partiyasının sədri Əhməd Oruc məlumat verib. Onun sözlərinə görə, bu barədə qərar ittifaqın Sədrlər Şurasının bu gün keçirilən iclasında qəbul edilib. Buna AMDP-nin ittifaqın işində iştirak etməməsi və tərəflər arasındakı bəzi fikir ayrılıqları səbəb olub.

İclasda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirə aparılıb və quruma daxil olan partiyalar Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad edilməsi üçün hakimiyyətin konkret addımlar atmasını vacib hesab edib. DUİ hesab edir ki, bunun üçün ordunun gücləndirilməsi və cəmiyyətdə qarşılıqlı inamın yaradılması istiqamətində iş aparılmalıdır.

Toplantıda, həmçinin DUİ-nin Məclisinin yaradılması, ittifaqa efir vaxtının ayrılması üçün İctimai Televiziyaya müraciət edilməsi qərara alınıb.

AMDP sədri Tufan Kərim isə APA-ya bildirib ki, DUİ-nin qəbul etdiyi qərar məntiqə və hüquqa ziddir. Onun sözlərinə görə, ittifaqda qərarlar konsensus əsasında qəbul olunmalıdır. Digər tərəfdən ittifaqın təsisçilərindən biri olduqlarını deyən T. Kərimin sözlərinə görə, onlar yalnız könüllü olaraq qurumdan çıxa bilərlər: “Belə bir qərarı nə üçün qəbul etmələri barədə araşdırma aparırıq, bununla bağlı yaxın günlərdə bəyanatla çıxış edəcəyik”.

T. Kərim AMDP-ni hələ də DUİ-nin üzvü hesab etdiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR