Bank Of Baku

QAT Azərbaycan və Ermənistan təmsilçilərinin Moskvada keçirilən görüşlərini pisləyən bəyanat yayıb

QAT Azərbaycan və Ermənistan təmsilçilərinin Moskvada keçirilən görüşlərini pisləyən bəyanat yayıb
# 02 noyabr 2009 13:25 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Son dövrdə Rusiyanın Qarabağ məsələsinin “nizamlanması” ilə bağlı xüsusi canfəşanlıq etməsi Azərbaycan üçün yaxşı heç nə vəd etmir və ciddi narahatçılıq doğurur”. Bu bəyanatla Qarabağ Azadlıq Təşkilatı (QAT) çıxış edib. Təşkilatın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda son vaxtlar Rusiyanın təşəbbüsü ilə atılan addımlar, o cümlədən deputatların, ekspertlərin, jurnalistlərin Moskvada görüşlərinin təşkil edilməsinin Azərbaycanın təslimçi sülhə hazırlanmasına, güzəştlərə məcbur edilməsinə yönəldiyi bildirilir. QAT bu görüşlərdə əsas məsələ kimi Azərbaycanla Ermənistan arasında düşmən münasibətlərinə, düşmən obrazının yaradılmasına son qoyulması təklif edildiyi bildirilir: “Biz bu istiqamətdə addım atmaq niyyətində olan mətbuat, elektron kütləvi informasiya vasitələri nümayəndələrinin hərəkətlərini ayrıca qeyd edir və qətiyyətlə pisləyirik. Xüsusi canfəşanlıq edən Polad Bülbüloğlunun da qarışıq mənşəli olması bu proseslərdə az rol oynamır. Biz bu şəxslərin hamısını bir daha düşünməyə, öz mövqelərindən geri çəkilməyə və antiazərbaycan siyasətində iştirak etməməyə çağırırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR