Bank Of Baku

BAXCP Naxçıvana təyyarə biletinin qiymətinin artırılmasını doğru saymır

BAXCP Naxçıvana təyyarə biletinin qiymətinin artırılmasını doğru saymır
# 02 noyabr 2009 13:34 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, toplantıda Ermənistan prezidentinin Moskvada keçirilən telemarafonda erməniləri Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşanın bərpası üçün vəsait toplamağa çağırması müzakirə olunub. Serj Sarkisyanın bu çıxışına və işğal altında olan Azərbaycan şəhəri Şuşanı “Şərqi Ermənistan” torpağı adlandırmasına diqqət çəkən BAXCP İdarə Heyəti Azərbaycanın müvafiq qurumlarının buna münasibət bildirməməsindən narahatlığını ifadə edib. BAXCP hesab edir ki, Ermənistan rəsmilərinin bu və ya digər açıqlamalarının diqqətdən kənarda saxlanılması son zamanlar “5 rayonun qaytarılması müqabilində Dağlıq Qarabağ münaqişəsinin həll olunacağı” ilə bağlı aparılan pərdəarxası təbliğat prosesinin stimullaşdırılmasına zəmin yaradır.

Partiya rəhbərliyi Ermənistanın işğalçılıq siyasəti nəticəsində blokada vəziyyətinə düşən Naxçıvan Muxtar Respublikasına təyyarə biletlərinin 75 manata qaldırılması ilə bağlı vətəndaşların narazılığını da müzakirəyə çıxarıb. Naxçıvanın blokada vəziyyətində olduğunu və Muxtar Respublika sakinlərinin ölkənin paytaxtı, eləcə də digər ərazilərlə əsasən hava yolu vasitəsilə əlaqə saxladıqlarını nəzərə alaraq BAXCP bilet qiymətlərinin əvvəlki vəziyyətə qaytarılması və bu məqsədlə dövlət büdcəsindən dotasiya ayrılması üçün hökuməti müvafiq qərar qəbul etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR