Bank Of Baku

YAP Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsinə üzv seçilib

YAP Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsinə üzv seçilib
# 02 noyabr 2009 13:56 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Yeni Azərbaycan Partiyası (YAP) Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinə üzv seçilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, İCAPP-nin Daimi Komitəsinin həmsədri, qurumun katibliyinin baş katibi Çunq Eu-Yonq bununla bağlı YAP-a məktub göndərib. Məktubda bildirilir ki, bu qərar YAP-ın Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının qitədə sülhün və əmin-amanlığın bərqərar olması üçün həyata keçirdiyi fəaliyyət sahəsində xüsusi xidmətləri nəzərə alınaraq verilib: “Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının 23-26 sentyabr 2009-cu ildə Astanada keçirilən V Baş Assambleyasında YAP nümayəndə heyətinin sədri, Milli Məclisin deputatı, YAP sədrinin müavini, icra katibi Əli Əhmədovun yaxından iştirakı təşkilatın işinin daha da uğurlu alınmasına bir töhfə olub”.

Qeyd edək ki, YAP Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının keçirdiyi tədbirlərdə fəal iştirak edir və qurumun Daimi Komitəsinin 2010-cu ilin fevral ayında Nepalın paytaxtı Katmandu şəhərində keçiriləcək XII iclasında daimi üzv kimi təmsil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR