Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev Yalta şəhərinin başçısı Sergey Braykonu qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Yalta şəhərinin başçısı Sergey Braykonu qəbul edib
# 02 noyabr 2009 16:58 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Yalta şəhərinin başçısı Sergey Braykonu qəbul edib. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Dövlət başçısı Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlər çərçivəsində Yalta və Xaçmaz şəhərlərinin uğurlu əməkdaşlığından məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, qonağın ölkəmizə səfəri bu əlaqələrin daha da inkişaf etdirilməsi işinə öz töhfəsini verəcək. Yalta şəhərinin başçısı Sergey Brayko ölkəmizdə olduğu müddətdə Bakıda və Xaçmazda çox böyük inkişaf proseslərinin getdiyinin, geniş abadlıq və quruculuq tədbirlərinin həyata keçirildiyinin şahidi olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR