Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Quru Qoşunları Komandanı İşık Koşaneri qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Quru Qoşunları Komandanı İşık Koşaneri qəbul edib
# 02 noyabr 2009 17:01 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Quru Qoşunları Komandanı İşık Koşanerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Dövlət başçısı Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə olduğu kimi, hərbi sahədə də uğurla davam edəcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, Türkiyənin Quru Qoşunları Komandanı İşık Koşanerin Azərbaycana səfəri bu sahədə əməkdaşlığımızın perspektivləri ilə bağlı məhsuldar müzakirələr aparılması baxımından əhəmiyyətli olacaq. Quru Qoşunları Komandanı İşık Koşaner qeyd edib ki, Türkiyə və Azərbaycan silahlı qüvvələri arasında əməkdaşlıq dünyaya nümunə olacaq səviyyədədir. İşık Koşaner bu əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR