Bank Of Baku

Fazil Mustafa Ankarada Türkiyə ilə Ermənistan arasında imzalanan protokolların Azərbaycana təsiri mövzusunda məruzə edəcək

Fazil Mustafa Ankarada Türkiyə ilə Ermənistan arasında imzalanan protokolların Azərbaycana təsiri  mövzusunda məruzə edəcək
# 02 noyabr 2009 19:11 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Millət vəkili Fazil Mustafa Türkiyənin XXI Yüzil Türkiyə Strateji Araşdırmalar Mərkəzinin dəvəti ilə bu ölkəyə səfərə gedəcək.

F.Mustafanın APA-ya verdiyi məlumata görə, mərkəzin təşkilatçılığı ilə Ankara şəhərində keçiriləcək beynəlxalq konfransda “Türkiyə ilə Ermənistan arasında imzalanan protokolların Azərbaycana təsiri və problemin həlli yolları” mövzusunda məruzə ilə çıxış edəcək. Millət vəkili həmçinin Bilkənd Universitetində təşkil olunacaq digər konfransda da eyni mövzuda çıxış edəcək.

F.Mustafa bildirib ki, səfər çərçivəsində Türkiyənin bir sıra siyasi partiyalarının rəhbərləri, millət vəkilləri və rəsmi şəxslərlə görüşlər keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR