Bank Of Baku

Ermənistan kommunistləri Dağlıq Qarabağı Azərbaycan ərazisi sayırlar

Ermənistan kommunistləri Dağlıq Qarabağı Azərbaycan ərazisi sayırlar
# 03 noyabr 2009 08:36 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Kommunist Partiyasının (AKP) rəhbərliyi Ermənistan kommunistləri ilə görüşüb. AKP sədri Rauf Qurbanovun APA-ya verdiyi məlumata görə, görüş Kommunist Partiyaları İttifaqı - Sovet İttifaqı Kommunist Partiyasının (KPİ-Sov.İKP) Moskvada keçirilən 34-cü qurultayı çərçivəsində baş tutub. R. Qurbanovun sözlərinə görə, erməni kommunistləri ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılıb: “Dağlıq Qarabağın Azərbaycan torpağı olmasına dair erməni kommunistləri ilə bizim aramızda heç bir fikir ayrılığı yoxdur. Onlar açıq şəkildə etiraf edirlər ki, bu torpaqlar Azərbaycana məxsusdur. Onlar bunu birinci dəfə deyil dilə gətirirlər, bunu həmişə deyiblər”. R. Qurbanov digər dövlətlərin də kommunist partiyalarının Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib. O, Dağlıq Qarabağda müstəqil fəaliyyət göstərən Kommunist Partiyasının KPİ-Sov.İKP-yə qəbul olunmamasının da buna sübut olduğunu qeyd edib.

Qurultay çərçivəsində Azərbaycan kommunistləri digər ölkələrin kommunistləri ilə də görüşlər keçirib, KPİ-Sov.İKP-nın rəhbərliyinə keçirilən seçkilərə qatılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR