Bank Of Baku

Deputat: “Azərbaycanın 85 faizi qazlaşdırıldığı halda, Gədəbəyin cəmi 8 faizi qazla təmin olunub”

Deputat: “Azərbaycanın 85 faizi qazlaşdırıldığı halda, Gədəbəyin cəmi 8 faizi qazla təmin olunub”
# 03 noyabr 2009 13:49 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Azərbaycanın 85 faizi qazlaşdırıldığı halda, Gədəbəyin cəmi 8 faizi qazla təmin olunub. Düşmənlə sərhəddə yerləşən Gədəbəyin qazlaşdırılması ilə bağlı problem həll edilməlidir. Dövlət büdcəsindən rayonlara ayrılan dotasiyaların bölünməsinə diqqətlə yanaşılmalıdır”. APA-nın xəbərinə görə, bu sözləri Milli Məclisin üzvü Nazim Məmmədov parlamentin komitələrinin birgə iclasında “2010-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunarkən deyib. Millət vəkili dövlət büdcəsində neftin qiymətinin müəyyənləşdirilməsi məsələsinə ehtiyatla yanaşılmalı olduğunu bildirib. Onun sözlərinə görə, dövlət müəssisələrinin özəlləşməsinə ayrılan subsidiyalar tədricən dayandırılmalıdır: “Çünki bunun effekti yoxdur”.

Milli Məclisin üzvü Vahid Əhmədov isə əhalinin banklarda milli valyuta ilə saxladığı əmanətlərin ötən illə müqayisədə 10 faiz azaldığını, xarici valyutalarla saxlanan əmanətlərin isə 50 faiz artdığını diqqətə çatdırıb: “Bununla bağlı araşdırma aparmaq lazımdır”. Deputat, həmçinin çaylarda daşqınların baş verməsi nəticəsində yaranan problemlərin aradan qaldırılması ilə bağlı xüsusi proqramın qəbul edilməsi təklifini irəli sürüb. Onun sözlərinə gör, bir çox tarixi kəndlər çay daşqınları nəticəsində yer üzündən silinmək təhlükəsi ilə üzləşib.

V. Əhmədov ünvanlı sosial yardımların verilməsinə də nəzarətin həyata keçirilməsini önə çəkib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR