Bank Of Baku

Prezident İlham Əliyev Avropa çempionatının qalibi olmuş şahmat üzrə Azərbaycan milli komandasının üzvlərini qəbul edib

Prezident İlham Əliyev Avropa çempionatının qalibi olmuş şahmat üzrə Azərbaycan milli komandasının üzvlərini qəbul edib
# 03 noyabr 2009 16:44 (UTC +04:00)
Bakı – APA. Noyabrın 3-də prezident İlham Əliyev Serbiyada keçirilmiş şahmat üzrə Avropa çempionatının qalibi olan kişilərdən ibarət Azərbaycan milli komandasının üzvlərini qəbul edib. APA-nın məlumatına görə, sahmatçıları qələbə münasibətilə təbrik edən dövlət başçısı bunun böyük və tarixi qələbə olduğunu bildirib: “Şahmatçılarımız çox istedadlıdırlar, müxtəlif beynəlxalq yarışlarda, turnirlərdə yaxşı nəticələr göstərirlər və FİDE-nin reytinqində də yüksək yerləri tuturlar. Ancaq ilk dəfədir ki, şahmatçılarımız komanda hesabında birinci olublar. Bu, böyük qələbədir, böyük sevincdir.
Siz yaxşı bilirsiniz ki, ən güclü şahmat komandaları məhz Avropa ölkələrindədir. Avropada birinci olmaq, əslində, dünya miqyasında birinci olmaq deməkdir. Bu, doğrudan da böyük uğurdur. Sizi bütün bu gözəl hadisələr, qələbələr münasibətilə bir daha ürəkdən təbrik edirəm”.

Dövlət başçısı bu qələbənin Azərbaycanın imkanlarını, Azərbaycan xalqının intellektual potensialını bir daha göstərdiyini, Azərbaycanın idman sahəsində uğurlarını bir daha təsdiq etdiyini vurğulayıb: “İdman növlərinin demək olar ki, əksəriyyətində intellektual potensial mühüm rol oynayır. Ancaq şahmat elə bir idman növüdür ki, burada sırf intellekt mübarizəsi gedir. İdmançılarımızın – şahmatçılarımızın belə gözəl çıxışları, belə yüksək nailiyyətləri hamımızı ürəkdən sevindirir. Bir də onu göstərir ki, Azərbaycanın idman potensialı və intellektual potensialı çox yüksək səviyyədədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR