Bank Of Baku

“Kür” Olimpiya Tədris İdman Mərkəzinin yenidən qurulmasına 3 milyon manat ayrılıb

“Kür” Olimpiya Tədris İdman Mərkəzinin yenidən qurulmasına 3 milyon manat ayrılıb
# 03 noyabr 2009 17:17 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycan prezidenti İlham Əliyev Mingəçevir şəhərində “Kür” Olimpiya Tədris İdman Mərkəzinin yenidən qurulması haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, “Kür” Olimpiya Tədris İdman Mərkəzinin yenidən qurulması ilə bağlı işlərin sürətləndirilməsini təmin etmək məqsədilə 2009-cu ilin dövlət büdcəsindən nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Gənclər və İdman Nazirliyinə 3 milyon manat məbləğində vəsait ayrılıb. Sərəncamda Maliyyə Nazirliyinə vəsaitin maliyyələşdirilməsinin həyata keçirmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR