Bank Of Baku

Sərdar Cəlaloğlu Hüsaməddin Cindoruka məktub göndərib

Sərdar Cəlaloğlu Hüsaməddin Cindoruka məktub göndərib
# 04 noyabr 2009 12:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Türkiyə Demokrat Partiyasının lideri Hüsaməddin Cindoruka Ana Vətən Partiyasının bu siyasi qüvvə ilə birləşməsi münasibətilə məktub göndərib. Partiya sədrinin müavini Həsrət Rüstəmov APA-ya bildirib ki, məktubda S. Cəlaloğlu türkdilli ölkələrdə fəaliyyət göstərən demokrat partiyalarının əməkdaşlığı təşəbbüsü ilə çıxış edib. Türkdilli ölkələrdə fəaliyyət göstərən demokrat partiyalarının birliyin yaradılmasını vacib sayan ADP sədri bu məsələdə Türkiyə demokratlarından dəstək istəyib.

H. Rüstəmovun sözlərinə görə, türkdilli ölkələrin hökumətləri arasında hələ də çoxlu problemlər mövcuddur və tez-tez bu ölkələr arasında narazılıqlar baş verir: “Belə halların meydana çıxmasının səbəblərindən biri də xalqlarımız arasında ictimai əlaqələrin zəif olmasıdır. Ona görə də türkdilli dövlətlərin demokrat partiyalarını özündə birləşdirən qurumun formalaşdırılması və onun vasitəsilə bu ölkələrin xalqlarını daha da yaxınlaşdıracaq siyasi platformanın yaradılması təşəbbüsü ilə çıxış etmişik. Artıq bu istiqamətdə ilk addımlar atılıb və çox güman ki, yaxın gələcəkdə Türkiyə Demokrat Partiyasının da fəal dəstəyi ilə belə bir birliyin formalaşması mümkün olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR