Bank Of Baku

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi oktyabr ayının yekunları ilə bağlı analitik hesabatını açıqlayıb

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi oktyabr ayının yekunları  ilə bağlı analitik hesabatını açıqlayıb
# 04 noyabr 2009 12:56 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi oktyabr ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı analitik hesabatını açıqlayıb. APA-nın məlumatına görə? mərkəzin rəhbəri Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son proseslərə diqqət yetirib. Onun sözlərinə görə, sonuncu dəfə regiona səfər edən ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağın gələcək taleyini burada yaşayan əhali tərəfindən müəyyən olunacağını bildiriblər: “Son vaxtlar Dağlıq Qarabağın əhalisi ifadəsi daha çox işlədilir. Bu o deməkdir ki, artıq millətlərin öz müqəddəratını təyin etmək prinsipi arxa plana keçib. Bu məsələdə vurğu əhali anlayışının üzərinə düşür və burada hər hansı millət, etnik qrup nəzərdə tutulmur”. M. Əhmədoğlu bildirib ki, Dağlıq Qarabağın əhalisi statusunu almaq üçün birinci növbədə bu ərazidən qovulan azərbaycanlılar öz yerlərinə qaytarılmalıdırlar: “Amma bəzi ermənilər bildirirlər ki, Dağlıq Qarabağdan olan məcburi köçkünlər hazırda yaşadıqları yerlərdə səs verməlidir və status müəyyən olunandan sonra onların geri qayıtması məsələsinə baxılmalıdır”. M. Əhmədoğlu isə bildirib ki, beynəlxalq təcrübəyə görə əhali ilk olaraq öz yerinə qayıtmalı və sonra səsvermədə iştirak etməlidir.

Mərkəzin hesabatında həmçinin İran ətrafında gedən son proseslər, Rusiyanın ABŞ-la münasibətləri, Türkiyə-Azərbaycan arasında ötən ay baş verən gərginlik, Orta Asiya, Gürcüstandakı bir sıra mühüm hadisələr şərh edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR