Bank Of Baku

Milli Demokratik Qüvvələr Birliyinin (MDQB) Sədrlər Şurası “AZAL”ın rəhbəri Cahangir Əsgərovu istefaya çağırıblar

Milli Demokratik Qüvvələr Birliyinin (MDQB) Sədrlər Şurası “AZAL”ın rəhbəri Cahangir Əsgərovu istefaya çağırıblar
# 04 noyabr 2009 13:42 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Milli Demokratik Qüvvələr Birliyinin (MDQB) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Quruma üzv olan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, toplantıda Naxçıvana uçuş biletlərinin qiymətinin artırılması və bələdiyyə seçkiləri ilə bağlı müzakirə aparılıb. Sədrlər Şurası hesab edir ki, Naxçıvan Muxtar Respublikasına gediş qiymətlərinin artırılması bu bölgənin ikitərəfli blokadaya almaq cəhdidir. Birlik üzvləri məsələ ilə bağlı ölkə prezidentinə müraciət edib. Onlar öz müraciətlərində qiymətlərin qaldırılması məsələsini gündəmə gətirməklə öz korporativ maraqlarından çıxış edən “AZAL”ın rəhbəri Cahangir Əsgərovu yubanmadan istefaya göndərilməsini xahiş ediblər.

MDQB-nə daxil olan partiyalar bu ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərinə ayrılıqda qatılsalar da, seçki prosesində ciddi əməkdaşlıq edəcəklərini bildiriblər. Birlikdə olan partiyalar mümkün qədər bir-birlərinin namizədlərini dəstəkləmək barədə razılığa gəliblər. Əməkdaşlıq forması isə namizədlər qeydiyyatdan keçdikdən sonra dəqiqləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR