Bank Of Baku

Prezident İlham Əliyev Gürcüstan patriarx katalikosu II İlyanı qəbul edib

Prezident İlham Əliyev Gürcüstan patriarx katalikosu II İlyanı qəbul edib
# 04 noyabr 2009 16:54 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Bakıda səfərdə olan Gürcüstan patriarx katalikosu II İlyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Dövlət başçısı Azərbaycanla Gürcüstan arasında münasibətlərin bütün istiqamətlərdə uğurlu inkişafından məmnunluğunu bildirib. Prezident İlham Əliyev nüfuzlu din xadimlərinin iştirakı ilə regionumuzda həyata keçirilən dinlərarası dialoqun önəmini vurğulayıb və bunun regionda qarşılıqlı anlaşmaya, əməkdaşlığa və təhlükəsizliyin bərqərar olunması baxımından böyük imkanlar yaratdığını qeyd edib.

Dövlət başçısı Gürcüstan patriarx katalikosu II İlyanın Bakıda keçiriləcək “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” beynəlxalq konfransında iştirakının əhəmiyyətini vurğulayıb və onun ölkəmizə səfərinin uğurla olacağını ümidvar olduğunu bildirib. II İlya gürcü pravoslav kilsəsi, gürcü xalqı və şəxsən öz adından dövlətimizin başçısını salamlayaraq deyib: “Bir daha demək istəyirəm ki, Gürcüstanda sizi yaxşı tanıyırlar və yaşadığımız mürəkkəb dövrdə yeritdiyiniz müdrik siyasətə görə sizi sevirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR