Bank Of Baku

İqbal Ağazadə: “Qarabağ və Respublika Uğrunda Hərəkat qeyri-rəsmi olaraq öz fəaliyyətinə son verib”

İqbal Ağazadə: “Qarabağ və Respublika Uğrunda Hərəkat qeyri-rəsmi olaraq öz fəaliyyətinə son verib”
# 05 noyabr 2009 11:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan partiyaların fəaliyyətlərini “beşlik” formatında davam etdirmək istəyi baş tutmayıb. Ümid Partiyasının sədri İqbal Ağazadə APA-ya açıqlamasında bildirib ki, hərəkatın daxilində fikir ayrılığı yaranan zaman onlar belə bir təşəbbüslə çıxış ediblər. Amma hazırkı mərhələdə partiyaların bələdiyyə seçkilərinə hazırlıqla məşğul olduğunu deyən partiya sədri buna görə də bu məsələnin müzakirə edilmədiyini söyləyib: “Digər partiyalardan da belə bir təşəbbüs gəlmədiyi üçün “beşlik” formatı baş tutmadı”.

İ. Ağazadə Qarabağ və Respublika Uğrunda Hərəkatın qeyri-rəsmi olaraq öz fəaliyyətinə son verdiyini də vurğulayıb: “Son dövrlər yığışmamağımız, bələdiyyə seçkiləri haqqında birgə müzakirə aparmamağımız qeyri-rəsmi olaraq hərəkatın bitməsi barədə fikir söyləməyə əsas yaradır. Amma hesab edirəm ki, bu, son deyil. Ola bilər ki, hansısa ekstremal şəraitdə biz yenidən bir araya gələ biləcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR