Bank Of Baku

Müsavat Partiyasında Avropa Şurasının Bakı ofisinin nümayəndəsi ilə görüş keçirilib

Müsavat Partiyasında Avropa Şurasının Bakı ofisinin nümayəndəsi ilə görüş keçirilib
# 05 noyabr 2009 12:02 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Avropa Şurasının Bakı ofisinin nümayəndəsi Kler Diessano ilə görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə dekabrda Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri, seçki kampaniyası dövründə üzə çıxan problemlər müzakirə edilib. Kampaniya dövründə Müsavat Partiyası ilə Avropa Şurası arasında informasiya mübadiləsi və əməkdaşlığın zəruriliyi qeyd olunub.

Görüşdə partiyanın Seçki Departamentinin rəhbəri Gülağa Aslanlı da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR