Bank Of Baku

Daniel Blessinqton: “Gələn il keçiriləcək parlament seçkilərində burada olacağımıza ümid edirik”

Daniel Blessinqton: “Gələn il keçiriləcək parlament seçkilərində burada olacağımıza ümid edirik”
# 05 noyabr 2009 14:09 (UTC +04:00)
Bakı. Elnur Məmmədli. Laçın Sultanova – APA. ABŞ-ın Seçki Sistemləri üzrə Beynəlxalq Fondu (İFES) Azərbaycanda fəaliyyətini ən azı gələn il yanvarın sonunadək davam etdirəcək. Bunu APA-ya açıqlamasında İFES-in Bakı ofisinin rəhbəri Daniel Blessinqton bildirib. D. Blessinqton həmin müddətdən sonra qurumun Azərbaycanda fəaliyyət göstərib-göstərməyəcəyi barədə konkret söz deməyib: “Hələ əmin olmasaq da, gələn il keçiriləcək parlament seçkilərində burada olacağımıza ümid edirik. İFES 1998-ci ildə Azərbaycanda fəaliyyətə başlayandan bəri USAID ona maliyyə dəstəyi verir. Üzümüzə gələn həftələrdə İFES və USAID parlament seçkiləri ilə bağlı mümkün fəaliyyət barədə müzakirələr aparacaq”.

D. Blessinqton bələdiyyə seçkiləri ilə əlaqədar müxtəlif tədbirlər keçiriləcəyini də açıqlayıb: “İFES Mərkəzi Seçki Komissiyası ilə işini davam etdirməyi, şikayət və müraciətlər prosesi üzrə təlimlər keçməyi və bələdiyyə seçkiləri barədə əhalini məlumatlandırmağı planlaşdırır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR