Azərbaycan prezidenti : “Biz özümüzü, eləcə də, dünyanın müxtəlif yerlərində tərəfdaşlarımızı ən azı yüz il qazla təchiz edə bilərik” - MÜSAHİBƏ
- Hesab edirəm ki, hazırda qiymət ədalətlidir. Bu qiymət hasilatçıların və istehlakçıların tələbatlarına cavab verir, eyni zamanda, şirkətlərə sərmayə qoymaq imkanı yaradır. Çünki hazırkı səviyyədən aşağı olan qiymət şirkətlərə yeni işlənmə, kəşfiyyat və hasilat işlərinə sərmayə yatırmaqda çətinlik yaradır. Zənnimcə, bu qiymət tarazlıdır.
- Hazırda qiymətlər qalxmaqda davam edir, lap yüz dolları ötsün, məgər Siz bundan məmnun olmayacaqsınızmı?
- Neftin qiymətinin kəskin şəkildə qalxması büdcəmizə əlavə vəsaitlər verdi. Lakin eyni zamanda, bu, ölkəmizdə olduqca yüksək inflyasiya yaratdı və istehlak qiymətləri də qalxdı. Ölkənin tarazlı şəkildə inkişafını təmin etmək və əhalinin sosial vəziyyətini daha da möhkəmləndirmək məqsədilə əlavə imkanlar əldə etmək üçün hesab edirəm ki, qiymət təxminən 90 və ya 100 dollar səviyyəsində olmalıdır. 70 dollar da yaxşı qiymətdir.
- Bilirik ki, təbii qaz Azərbaycanın gələcək inkişafı üçün çox önəmli amildir. “Qazprom” Azərbaycan qazını almaq təklifi ilə çıxış edib. Onlar bu gün nə qədər həcmdə qazı almağı təklif ediblər və ölkəniz hazırda istismar olunan boru kəmərləri şəbəkəsi ilə nə qədər qazı ixrac etmək imkanındadır?
- Biz qazımızı müxtəlif istiqamətlərdə ixrac etməkdəyik. Bu bizim üçün çox vacibdir, çünki biz qazın nəqli sahəsində maksimal şaxələndirməyə nail olmuşuq. Bildiyiniz kimi, şaxələndirmə nəinki istehlakçılar, o cümlədən hasilatçılar üçün də çox vacibdir. Beləliklə, biz qazı qonşu ölkələrə ixrac edirik və əlbəttə, hər hansı ölkə üçün yeni bazara çıxış şübhəsiz ki, çox vacibdir. Bizim “Qazprom”la sazişdə ixracın yuxarı həddi nəzərdə tutulmayıb. Biz belə razılığa gəldik ki, hansı həcmdə qaz təklif etsək, “Qazprom” bir o qədər də alacaq.
- Yəni istənilən qədər?
- Bəli.
- Ümumiyyətlə, mövcud boru kəmərləri şəbəkəsi ilə nə qədər qaz ixrac edə bilərsiniz? Yəni, nə qədər qazınız olarsa, bir o qədər?
- Bu məsələdə ən mühüm amil hasilatın həcmidir. Bu gün biz bu həcmi elə bir səviyyədə saxlayırıq ki, ixrac etmək imkanımız olsun. Əgər bizim yeni ixrac imkanlarımız və bazarlar olarsa, əlbəttə ki, hasilatın artırılmasına böyük sərmayələr qoyacağıq. Biz qazı satmaq imkanımız olmadan hasilatı artırmaq üçün on milyardlarla dollar sərmayə qoya bilmərik.
- Rusiya da elə bunu edir. Rusiya tərəfi təklif edə biləcəyiniz qədər həcmi almağa hazır olduğunu bildirir. Bu, əlavə sərmayələrin qoyulmasına imkan yaratmırmı, yəni Sizin üçün bir növ “kart blanş” deyilmi?
- Bizim böyük ehtiyatlarımız var. Təbii qaz ehtiyatlarımızın təsdiqlənmiş həcmi 2 trilyon kubmetrdir. Bu həcm 5 trilyon kubmetr də ola bilər. Beləliklə, biz özümüzü, eləcə də, dünyanın müxtəlif yerlərində tərəfdaşlarımızı ən azı yüz il qazla təchiz edə bilərik. Beləliklə, bununla bağlı bütün lazımi işlər görülməlidir. Bizim “Qazprom”la münasibətlərə gəldikdə, burada üstünlük ondan ibarətdir ki, aramızda heç bir tranzit ölkə yoxdur. Biz sadəcə həmsərhədik, infrastrukturumuz da var.
- Sizdən ən böyük qaz yatağı haqqında soruşmaq istərdim. Söhbət “Şahdəniz”dən gedir. Hazırda Azərbaycandan uzanan boru kəmərlərinin mövcud şəbəkəsi bu ən böyük qaz yatağının işlənməsinin məhdudlaşdırılması və ya yubadılmasına səbəb ola bilərmi?
- Bu gün buna səbəb kimi təkcə mövcud infrastrukturun nəqletmə qabiliyyəti deyil, tranzitlə və qazımızın qiyməti ilə bağlı məsələləri də göstərmək olar. “Şahdəniz” yatağı dünyada ən böyük yataqlardan biridir. Bu yataq 1,2 trilyon kubmetr qaz ehtiyatına malikdir. Biz infrastrukturu genişləndirə bilərik. Bunun üçün ya yeni qaz boru kəmərinin çəkilməsini, ya da mövcud boru kəməri şəbəkəsini genişləndirməyi planlaşdırırıq. Buna görə bu gün mövcud boru kəmərləri şəbəkəsi məsələsi əsas maneə kimi qəbul edilməməlidir. Tranzit məsələsini həll etdikdən, ədalətli qiymətə nail olduqdan sonra Azərbaycan və onun tərəfdaşları olan xarici şirkətlər yeni infrastrukturun qurulması üçün milyardlarla dollar sərmayə qoyacaqlar.
- Siz tranzit və qiymət məsələlərinə toxundunuz. Siz bu amilləri “Nabucco” layihəsi üzrə razılaşma üçün və ya bu layihənin real bir layihəyə çevrilməsi üçün zəruri şərtlər kimi göstərirsinizmi?
- Əslində, “Nabucco” layihəsi “Cənub dəhlizi”nin əsas elementlərindən biridir. Bu layihə qazımızı Qərb bazarlarına çıxarmaq imkanı verə bilər. Buraya, “Nabucco”, TGİ (Türkiyə-Yunanıstan-İtaliya) və TAP (Transadriatik boru kəməri) layihələri daxildir.
- Yəni, Gürcüstan və Türkiyə vasitəsilə Qərbi Avropa ölkələrinə çıxış?
- Bəli. Buna görə tranzit məsələləri həll olunmadan infrastrukturun genişləndirilməsi haqqında danışmaq tezdir.
- “Nabucco” haqqında danışdınız, bunu “Cənub dəhlizi” adlandırdınız, lakin mahiyyətcə bunlar eynidir. “Cənub dəhlizi” Azərbaycanda hasil olunan enerji daşıyıcılarının Gürcüstan və Türkiyə vasitəsilə Qərb bazarlarına nəqlini nəzərdə tutur. Fikrinizcə, bu, həqiqətən baş tutacaqmı? Bu haqda müəyyən müddətdir söhbətlər gedir.
- Bunu demək çətindir. Çünki sizin də qeyd etdiyiniz kimi, bu haqda artıq uzun müddətdir, kifayət qədər söhbətlər gedir. Bu istiqamətdə bir sıra mühüm addımlar atılıb. Birincisi, 2009-cu ilin may ayında siyasi bəyannamə imzalanıb. Azərbaycan da bu siyasi bəyannaməyə qoşulub. Bundan əlavə, “Nabucco” üzvləri arasında bu layihənin hansı formada irəliyə aparılması ilə bağlı razılaşma əldə edilib. Bu layihəni irəli aparmaq üçün bir sıra elementlər mövcud olmalıdır. Birincisi, bunu etmək üçün güclü siyasi iradə ortaya qoyulmalıdır. İkincisi, maliyyə vəsaiti olmalıdır. Öncə qeyd etdiyim kimi, tranzit məsələlərinin həll olunmaması ən əsas maneədir. Eyni zamanda, qazımız üçün bazar qiyməti razılaşdırılmalıdır.
- Siz qeyd etdiniz ki, əsas maneə qazın qiyməti və tranzit məsələsidir. Aydındır ki, Azərbaycan üçün tranzitlə əlaqədar ən böyük məsələ Türkiyə ilə bağlıdır. Türkiyəyə qazın satışı ilə bağlı razılaşma üzərində müəyyən müddətdir ki, iş gedir. Bu prosesi ləngidən nədir?
- Biz Türkiyəyə “Şahdəniz” yatağının birinci fazasından qaz ixrac edirik. Bu baxımdan, heç bir problemimiz yoxdur. Yeganə problem ondan ibarətdir ki, bu gün mövcud olan qiymət bazar qiymətinə uyğun və iqtisadi baxımdan bizim üçün sərfəli deyil. Türkiyəli həmkarlarımız da qiymətin ədalətli olmadığını deyirlər. Beləliklə, qiymətlərə yenidən baxılmalıdır.
- Siz, Azərbaycan prezidenti kimi enerji müharibələri, alternativ enerji təchizatı marşrutları konsepsiyasından yaxşı xəbərdarsınız. Bununla bağlı Azərbaycanın siyasi mövqeyi necədir? Yəni, tutaq ki, Rusiya Sizə deyir, bəli, bütün qazınızı verin, mən alıram. Bu, bizneslə bağlı məsələdir? Nəzəri baxımdan, əgər onlar sizin bütün qazınızı alsalar, onda sual yaranır - boru xətləri nəyə gərəkdir? Siz siyasi baxımdan Qərbi Avropa istehlakçısı üçün alternativ enerji təchizatı marşrutuna həqiqətən sadiqsinizmi, yoxsa, bu, Azərbaycanın milli maraqlarına cavab vermir?
- Bizə gəldikdə, bu, yüz faiz kommersiya xarakterli məsələdir. Mən əvvəlki təcrübəmizdən söyləyə bilərəm ki, biz neft marşrutlarımızı şaxələndirəndə də, bu, kommersiya məsələsi idi, yəni bizə neftimizi Aralıq dənizinə çıxarmaq üçün əsas boru kəməri lazım idi. Bakı-Tbilisi-Ceyhan bu cür baş tutdu. Eyni zamanda, bizim iki digər boru kəmərimiz də var. Onlardan biri neftimizi Rusiyanın, digəri isə Gürcüstanın Qara dənizdəki sahillərinə çıxarır. Eyni vəziyyət qaz sahəsinə də aiddir. Bu, sırf kommersiya məsələsi olmalıdır. “Nabucco” layihəsinin problemlərindən biri ondan ibarətdir ki, məsələ həddindən artıq siyasiləşdirilir. Biz diqqətimizi kommersiya məsələlərinə cəmləşdirməliyik. Onlar cəlbedici, əsaslandırılmış və ədalətli olmalıdır. Hasilatçılar, istehlakçılar və tranzit ölkələr arasında maraqlar tarazlığı qorunmalıdır.
- Hər halda, bu gün Azərbaycanın çalışdığı qiymət məsələsi ən mühüm məsələdir?
- Bu, mühüm məsələlərdən biridir. Digər mühüm məsələ şaxələndirmədir. Biz yalnız bir marşrutdan asılılığa yol verə bilmərik.
- Sonuncu sual. Ermənistanla Azərbaycan arasında nə vaxt sülh olacaq?
- Ermənistan öz işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindən çıxardığı andan etibarən sülh bərqərar oluna bilər.
Daxili siyasət
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Xəbər Lenti
Merz ABŞ-ı Almaniyadakı seçkilərə müdaxilə etməməyə çağırıb
ABŞ xarici yardımlarda özəl investisiyalara üstünlük vermək istəyir
Prezidentin Şuşa Forumunda bəyanatı ciddi siqnaldır, indi seçim Avropa Şurasınındır - RƏY
Bəqai: İran hazırda ABŞ ilə danışıqlar aparmağı planlaşdırmır
Mərdəkanda 22 yaşlı oğlan dənizdə batıb
ABŞ Rusiya və İranda bir sıra qurum və şəxslərə sanksiya tətbiq edib
ABŞ İranın Henqam adasına zərbələr endirib
Samuxda 7-si azyaşlı olmaqla 10 nəfər zəhərlənib, araşdırma aparılır- YENİLƏNİB-1
Tramp: İsrailin Livan və Suriyadan çıxması yaxşı olardı
Türkmənistan Prezidenti Gürcüstana səfər edəcək
Milli Məclisin sədri Slovakiya Prezidenti ilə görüşüb
Slovakiya Prezidentinin Azərbaycana səfəri başa çatıb
Rusiya XİN: Ukraynadakı xarici hərbi kontingentlər qanuni hədəf olacaq
Slovakiya Prezidenti “Sea Breeze”lə tanış olub
“AzerGold” QSC IV Şuşa Qlobal Media Forumunda təmsil olunub - FOTO
CENTCOM: İrana tətbiq olunan blokadanı yarmağa çalışan iki gəmi istiqamətini dəyişib
ADA Universitetinin dekanı Balaxanı neftçiləri ilə konstitusiya hüquq və azadlıqları ilə bağlı müzakirə keçirib
Azərbaycan və Rusiya XİN rəhbərləri Moskvada danışıqlar aparacaq
Şirkətin 1,4 milyon manatını mənimsəməkdə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
ƏƏSMN: İcbari tibbi sığorta üzrə xidmətlər tam rəqəmsallaşdırılır
Birbank Invest: investisiyaya aparan rəqəmsal yol
İranın xarici işlər naziri Qətərə gedib
DPA: Drezdendə silahlı şəxs polislərə atəş açıb
Tramp Rusiyanın yaxın zamanda Ukrayna ilə razılaşma əldə etməyə hazır olduğunu bildirib
Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydasına dəyişiklik edilib
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
CENTCOM: 90 dəqiqəlik əməliyyatda İranın Böyük Tonb adasında hərbi obyektlər hədəfə alınıb - YENİLƏNİB
İnsan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı təsdiq edilib - SƏRƏNCAM
Azərbaycanın neft məhsullarının ixracından gəlirləri 2,7 dəfə artıb
TRIPP fonduna rus əsilli amerikalı investor rəhbər təyin edilib
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
İdarə rəisi: İlk elektron diplom artıq təqdim edilib
Azərbaycan bu il 10-dan çox ölkəyə 6 mlrd. dollarlıq neft ixrac edib - SİYAHI
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
“Azercell Cup – 2026” proqramlaşdırma müsabiqəsinin ikinci mərhələsi başa çatıb
XİN Qara dəniz hövzəsində təhlükəsizlik riskləri ilə bağlı Azərbaycan vətəndaşlarına çağırış edib - BƏYANAT
Gələn ildən müəllimlər illik plan və icmal hazırlamayacaq
Azərbaycan BVF ilə ortamüddətli fiskal siyasəti müzakirə edib
Bu il Azərbaycana 500-dən çox elektromobil idxal edilib
Azərbaycanın 6 ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb
Altı ayda 1 milyon 39 min şəxsə 1,1 mlrd. manat müavinət və təqaüd ödənilib
Britaniya sosial şəbəkələrdə yeniyetmələr üçün "komendant saatı" tətbiq edəcək
Baş Prokurorluq şirkət rəhbərinin iddialarına cavab verib
ABB və iTicket-dən həyat tərzi bankçılığına doğru mühüm addım
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 6 dəfəyə yaxın artıb
Zelenski: Ukrayna ildə 10 milyon dron istehsal edir, bu rəqəm 20 milyona çatdırılacaq
Azərbaycanda 2857 məktəb genişzolaqlı internetlə təmin olunub
Tehranda elektrik enerjisi istehlakına məhdudiyyətlər tətbiq olunur
Slovakiya Prezidenti Əli Əsədovla enerji təhlükəsizliyini müzakirə edib - YENİLƏNİB